RU

7 oktyabr hücumlarının bir ili: Yaxın Şərq regional müharibənin astanasına necə gəldi?

Məqalə barədə məlumatMüəllif, Jeremy BowenVəzifə, BBC Beynəlxlaq Xəbərlər Redaktoru

2023-cü il oktyabrın 7-dən İsrail-Həmas müharibəsinin başladığı bir il ərzində Yaxın Şərq yenidən genişmiqyaslı müharibənin astanasına gəlib. BBC-nin beynəlxalq xəbərlər redaktoru Jeremy Bowen müharibənin yeni mərhələyə keçdiyi 7 oktyabr hücumlarının ildönümündə bir ildə baş verən hadisələri təhlil edib.

Yaxın Şərqdə vəhşət və ağrı olmadan sakit və səssiz bir həyat yaşamaq istəyən milyonlarla insan bir il ərzində bu xəyallardan daha da uzaqlaşdı.

Bir illik müharibə göstərdi ki, dərin siyasi, strateji və dini qırılma xətləri bağlanmasa, xalqın bu həsrəti reallaşa bilməz. Müharibə növbəti dəfə Yaxın Şərq siyasətinə kölgə saldı.

Həmas-ın oktyabrın 7-də hücumu çoxəsrlik həll olunmamış münaqişələr nəticəsində baş verib. İsrailin ciddi mühafizə olunan sərhədlərini keçən və əksəriyyəti mülki şəxslərdən ibarət 1200 nəfəri qətlə yetirən Həmas yaraqlıları israillilərin başına yaxın tarixin ən böyük faciələrindən birini gətirdilər.

İsrail Həmas hücumlarını "onun varlığına hücum" kimi qiymətləndirib. İsrailin Baş naziri Benyamin Netanyahu hücumdan sonra ABŞ Prezidenti Joe Bidenə zəng vurduqda bunu “dövlət tarixində yaşadıqları ən böyük vəhşət” kimi qiymətləndirib.

O gündən bəri İsrail Qəzzada fələstinlilərə dəhşətli günlər göstərir. Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti mülki şəxslər olmaqla 42 minə yaxın insan həlak olub. Qəzzanın böyük hissəsi dağıntılara çevrilib. Fələstinlilər İsraili "soyqırım törətməkdə" ittiham edir.

Müharibə daha geniş ərazilərə yayaılıb. Həmas-ın ilk hücumundan düz bir il sonra Yaxın Şərq daha pis müharibənin astanasındadır, bu münaqişə daha geniş, daha dərin və daha dağıdıcıdır.

İsrail-Həmas münaqişəsi Cənubi Qafqaza necə təsir edə bilər? – Azərbaycan və Ermənistandan siyasi şərhçilər BBC-yə danışırlarİsrail İranı vuracaqmı? - təhlilİsrailli ekstremist mühacirlər fələstinlilərin yaşadığı Qərb Sahilindəki torpaqları necə sürətlə ələ keçirir?İllüziyalara əlvida

Müharibə ilə yadda qalan bir il bir çox fərziyyələrə və illüziyalara son qoyub.

Bunlardan biri də Benyamin Netanyahunun fələstinlilərin özlərini idarə etmək istəyinə heç bir güzəştə getmədən Fələstin məsələsini idarə edə biləcəyini düşünməsi idi.

Netanyahunun aldanması hətta İsrailin “narahat olan” Qərb müttəfiqlərini də arxayın etdi. Britaniya və ABŞ liderləri düşünürdülər ki, həyatı boyu Fələstin dövlətinə qarşı çıxan Netanyahunu müharibəni bitirmək üçün Fələstin dövlətini qəbul etməyə razı salmaq olar.

Netanyahunun bundan imtina etməsi ABŞ-ın çox can atdığı “sülh planının” özəyinə dinamit qoydu.

ABŞ Prezidenti Bidennin planı, İsrailin Fələstinin müstəqilliyini qəbul etməsi müqabilində ən nüfuzlu İslam ölkəsi olan Səudiyyə Ərəbistanının İsraili tam diplomatik tanınmasını təmin etməyi nəzərdə tuturdu. Səudiyyəlilər həmçinin ABŞ ilə təhlükəsizlik razılaşması ilə mükafatlandırılacaqlar.

Bidenin planı ilk maneədə iflasa uğradı. Netanyahu fevralda demişdi ki, dövlət qurmaq Həmas üçün “böyük mükafat” olacaq. Kabinetindəki ultramillətçi Bezalel Smotrich də belə bir dövlətin İsrailin "varlığı üçün təhlükə" olacağını iddia edib.

Digər tərəfdən, Həmas lideri Yəhya Sinvarın da illüziyaları puça çıxdı. Bir il əvvəl o, İranın “müqavimət oxu”nun İsrailə qarşı müharibəyə dəstək vermək üçün tam gücü ilə işə düşəcəyini proqnozlaşdırmışdı. Ancaq yanıldı.

Sinvar 7 oktyabr hücumu planını gizli saxlamaqla düşmənini təəccübləndirib. Bununla belə, o, öz tərəfində olanları da təəccübləndirib. Diplomatik mənbələr qeyd edir ki, Sinvar hücum planlarını hətta Qətərdə mühacirətdə olan öz təşkilatının siyasi liderləri ilə də bölüşməmiş ola bilər. Həmas-ın kommunikasiya kanallarının zəif təhlükəsizlik protokollarına malik olduğu bilinir və onları dinləmək olar.

Qəzza İsrail tərəfindən işğal edilsə və Biden İsraili qorumaq üçün ABŞ qüvvələrini göndərsə də, İran açıq şəkildə bildirdi ki, hücuma keçmək bir yana, hərtərəfli müharibə də istəmir.

Əvəzində İranın ali lideri Ayətullah Əli Xameneiyə yaxın olan Hizbullah lideri Həsən Nəsrullah Qəzzada atəşkəs elan olunana qədər İsrailin şimal sərhəddinə raket zərbələri endirməklə kifayətlənib. İsrail bölgədən 60 mindən çox insanı təxliyə edib.

Qəzzada

Şəklin mənbəyi, Getty Images

Избранный
124
50
bbc.com

10Источники