Aktual.az xəbər verir ki, bunu "Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Teleqram kanalında yazıb.
O bildirib ki, bütün beynəlxalq proqnoz mərkəzlərinin 3 oktyabrda axşam saatlarında başlamasını gözlədiyi maqnit qasırğası yalnız dünən gecə başlayıb:
"Yenilənmiş proqnozlara görə, fasilələrlə davam edən maqnit qasırğası bu günün ikinci yarısında, saat 15:00-dan sonra başa çatacaq”.