RU

Qaxda qəza zamanı bir nəfər ağır xəsarət alıb

Qaxda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunda baş verib. Qəza zamanı bir nəfər rayonun Şotavar kənd sakini 1995-ci il təvəllüdlü Bilal Paşa oğlu Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

B. Məmmədova Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
23
2
apa.az

10Источники