RU

10 il sonra 10 avtomobildən 6-7-i elektromobil olacaq – Ekspert AÇIQLADI VİDEO

2 il öncə elektromobillərin ölkəyə idxalı gömrük rüsumlarından tam azad edildi. Bu qərardan sonra ölkəyə ixdal edilən elektrik mühərrikli avtomobillərin sayı artmağa başladı.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəyə 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib.

Xezerxeber.az-ın xəbərinə görə, Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyir ki, Elektrik mühərrikli avtomobillərin idxal tempinin artması bu istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Elektromobillərin enerji doldurucularının idxalı və satışının da daha 2 il ƏDV-dən azad edilməsi bazarda yenidən canlanma yaradacaq.

Ekspert deyir ki, 10 il sonra şəhərdə qarşılaşdığımız hər 10 avtomobildən 6-7-nin elektromobil olacağı gözlənilir. Üstəlik gələcəkdə şəhərdə elektriklə işləyən avtobuslar da çox görünəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
28
xezerxeber.az

1Источники