RU

Sualtı mağaralarda 10 min il əvvəl nəsli kəsilmiş Karib meymunlarının sümükləri tapıldı

ABŞ və Dominikan Respublikasından olan beynəlxalq alimlər qrupu Karib dənizində sualtı mağaralarda aparılan araşdırma zamanı nəsli kəsilmiş Karib meymunu növünün yaxşı qorunmuş sümüklərini aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, tədqiqat "Journal of Human Evolution" (JHE) elmi nəşrində dərc olunub.

Dalğıcların aşkar etdiyi qalıqlar təxminən 10 min il əvvəl naməlum səbəblərdən yoxa çıxan Hispaniola meymunu (Antillothrix bernensis) adlı bir növə aiddir. Yaxın vaxtlara qədər bu heyvanlar yalnız bir neçə sümük parçasından tanınmışdı.

Sualtı mağaraların tədqiqi zamanı dalğıclar dörd yeni kəllə və üç alt çənə tapıblar.

Alimlər deyirlər ki, kolleksiya heyvanların ölçüsünü, qidalanmasını və sosial həyatını təsvir etməyə kömək edəcək, primatların təkamülü haqqında bilik boşluğunu dolduracaq.

Tədqiqatçılar qalıqları təhlil edərək, erkək və dişi Hispaniola meymunlarının təxminən eyni ölçüdə və 3,4 kiloqrama qədər çəkidə olduğunu müəyyən ediblər. Heyvanlar əsasən meyvələrlə qidalanırıblar.

Meymunların mağaralara necə girdiyi bəlli deyil. Tədqiqatçıların fikrincə, onları Karib dənizindəki adalarda yaşayan nəhəng bayquşlar tutub oraya gətirə bilərdilər.

Aydın
Избранный
2
1
qaynarinfo.az

10Источники