RU

Ayın ən yaxşı futbolçusu seçildi

İspaniya La Liqasında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Bu nominasiyada “Barselona”nın oyunçusu Lamin Yamal qalib gəlib. Turnirin mətbuat xidmətinin məlumatına görə, 17 yaşlı yarımmüdafiəçidən başqa, bu ada Kilian Mbappe (Real), İnyaki Uilyams (Atletik), Covani Lo Çelso (Betis) və Karlos Visente (Alaves) də namizəd idi.

Xatırladaq ki, Lamin sentyabr ayında La Liqada meydana çıxdığı 4 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Избранный
23
football-plus.az

1Источники