RU

“Qarabağ"ın futbolçuları "Mehdi Hüseynzadə"də isti su ilə yuyuna biləcək?

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qaz problemindən xəbərdarsız.

İdman qurğusunun bu məsələylə bağlı 100 min manat borcu var. Bu üzdən hamamlar isti suyla təmin olunmur. AFFA İntizam Komitəsi indiyə qədər futbolçular matçdan sonra isti su ilə yuyuna bilmədiyinə klubu hər dəfə 500 manat olmaqla üç dəfə cərimələyib.

Bilindiyi kimi, "Sumqayıt" bu gün "Qarabağ"ı qəbul edəcək. Görəsən, komandalar yenə eyni problemlə üzləşəcəkmi? Ümumiyyətlə, qaza görə borc ödənilibmi?

Bu suallara "kimyaçılar"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun "Football-plus.az"a dedikləri:

"Bəli, bu matçda stadion qazla təmin olunacaq. Futbolçular oyundan sonra hamamda isti su ilə yuyuna biləcək. Amma bizdə borcun ödənilib-ödənilmədiyi haqda məlumat yoxdu. Ona görə ki, problem bizlə bağlı deyil. Daha əvvəl dediyimiz kimi, məsələ Sumqayıt şəhəri İcra Hakimiyyətiylə bağlıdı. Qazın verilməsi isə klubun şəxsi təşəbbüsüylə əlaqədardı".

KƏNAN BAHADIR
Избранный
25
football-plus.az

1Источники