RU

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən XQ-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında cənub küləyinin sürəti saniyədə 13.9-20.7 metr olacaq.

Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xızı, Siyəzən, Xaçmaz, Altıağac, Qobustan, Neftçala, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabadda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Избранный
5
49
xalqqazeti.az

10Источники