RU

"Barselona" Messiyə rəsmi dəvət göndərəcək

Bu il 125 illik yubileyini qeyd edəcək "Barselona" qala tədbirini noyabrın 29-na planlaşdırılıb. 

Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, bayrama bir neçə tanınmış simaları dəvət edəcək klubun fəxri qonaqları arasında Lionel Messi də olacaq. 

Ona bayramda iştirak etmək üçün rəsmi dəvət göndəriləcək. Bununla belə, argentinalının tədbirdə şəxsən iştirak edə biləcəyinə şübhələr var, çünki onun hazırki klubu "İnter Mayami" həminm ərəfədə MLS-in pley-off mərhələsində oyunlara çıxacaq. Belə olan halda, "Barselona" Messidən video-mesaj yazmağı xahiş edəcək.

Qeyd edək ki, bayrama hazırlıq işləri son iki ildə aparılıb. Klub əvvəlcə bu tarixə qədər yeni "Spotify Camp Nou" stadionuna qayıtmağı planlaşdırmışdı, lakin geri dönüş ən azı 2025-ci ilin aprel ayına qədər təxirə salınıb. Buna baxmayaraq, qala-konsert planlaşdırıldığı kimi, baş tutacaq.

Mirağa

Избранный
1
1
fanat.az

2Источники