RU

“Real”ın futbolçusu göz yaşı tökdü

“Real”ın müdafiəçisi Daniel Karvaxal futbol üzrə İspaniya çempionatının 9-cu turunun “Vilyarreal”la oyununda zədələnib.

Publika.az xəbər verir ki, matçın son dəqiqələrində ispaniyalı müdafiəçi Yeremi Pino ilə toqquşduqdan sonra yerə yıxılıb. O, dərhal ağrıdan qışqırmağa başlayıb.

İlkin tibbi yardımdan sonra Dani meydanı tərk edə bilməyib. O, göz yaşları içində sedyedə aparılıb.

Избранный
5
2
publika.az

4Источники