Bakı. Trend:
Zaqatala rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yuxarı Talakəndində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın damörtüyünün taxta atmaları 75 m² sahədə, içərisində ərzaq malları 65m² sahədə və 3 ədəd soyuducu yanıb. Mağazanın qalan hissəsiyanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.