RU

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

İsrail Hərbi Hava Qüvvələrinin Qəzzada Deyr əl-Bələh şəhərində İbn Ruşd məktəbinə və Şuhada al-Aksa məscidinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb...

Poliqon APA-ya istinadən bildirir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Hava hücumu zamanı 93 nəfər yaralanıb.

Məktəb və məsciddə yüzlərlə məcburi fələstinli köçkün olub.

Qeyd edək ki, İsrail Ordusu Deyr əl-Bələh şəhərində HAMAS-ın komanda mərkəzinə zərbə endirdiyi barədə məlumat yayıb.

Poliqon.info 


 
 
 
 

Избранный
3
3
poliqon.info

4Источники