RU

Vinisius “Qızıl top”un mükafatlandırma mərasiminə bu gözəllə gələcək

2024-cü ildə “Qızıl top”u qazanmağa əsas namizəd olan “Real Madrid”in cinah oyunçusu Vinisius Junior mükafatlandırma mərasiminə tək deyil, heyrətamiz bir gözəllə gələcək.

Publika.az xəbər verir ki, “kral klubu”nun liderinin ürəyini fəth edən qız Latın Amerikasında populyarlıq qazanmış nüfuzlu jurnalist Maria Mazallidir.

Bu barədə futbolçuların şəxsi həyatından yazan İG-nin ixtisaslaşmış GSM_HQ hesabı məlumat yayıb.

Bir neçə ildir ki, mediada Vinisius və Mariya cütlüyü haqda şayiələr gəzir, lakin bu məlumat heç vaxt rəsmi şəkildə təsdiqini tapmayıb.

Madrid klubunun hücumçusu qadın düşkünü kimi tanınır, çünki onun daimi həyat yoldaşı yoxdur – müxtəlif vaxtlarda o, ispan aktrisası Ester Esposito və məşhur meksikalı müğənni Keniya Os ilə əlaqə saxlayıb.

Избранный
17
publika.az

1Источники