RU

"Real Madrid" kapitanını uzun müddətə itirdi

"Real Madrid"in kapitanı Daniel Karvaxal İspaniya La Liqasında dünən "Vilyarreal"a qalib gəldikləri matçda (2:0) ağır zədə alıb.

Fanat.Az xəbər verir ki, ulduz futbolçu son dəqiqələrdə xəsarət alaraq meydanı xərəkdə tərk olub.

Gecə müayinə olunan futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb. "Real Madrid"in aparıcı oyunçusunun ön çarpaz bağının yırtıldığı təsdiqlənib. 

İspaniyalı müdafiəçi sosial şəbəkə hesabında azarkeşlərə müraciət edib:

“Ciddi çarpaz bağ zədəsi. Mən əməliyyat olunmaq üzrəyəm və artıq indidən sağalmağı, formaya qayıtmağı səbirsizliklə gözləyirəm. Mesajlarınız üçün hamınız çox sağ olun, özümü çox sevilən hiss edirəm”.

Bu matçdan sonra "Vilyarreal" 17 xalla La Liqada üçüncüdür, "Real Madrid" isə 21 xalla lider "Barselona" ilə 1-2-ci yerləri bölüşür. Lakin kataloniyalıların "Alaves"lə görüşü hələ durur.

Mirağa

Избранный
11
fanat.az

1Источники