RU

Ağır yanıq xəsarətləri alan bir yaşlı Kamranın yardıma ehtiyacı var

Bir yaşlı Kamranın yardıma ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Xədicə Həsənova məlumat verib.

O bildirib ki, oğlu mayın 26-da ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıb:

"Kamranın bir yaşı var. O, mayın 26-da, iməkləyərkən qaynar su dolu qazanı üzərinə aşırıb. Həmin gün biz dərhal onu xəstəxanaya apardıq. Daha sonra bizi Bakıda yerləşən bir xəstəxanaya göndərdilər. Orada müəyyən müddət müalicə olunduq, amma hazırda evə buraxılmışıq".

Gənc ana övladının sağalması üçün yardıma ehtiyac duyduğunu bildirib:

"Kamranın sağalması üçün hazırda dərman və mazlara ehtiyacımız var, lakin bunları almaq imkanımız yoxdur. Mazlar və dərmanlar üçün təxminən 600 manat lazımdır. Yardımsevər şəxslərdən bizə dəstək göstərmələrini xahiş edirik."

Ailə ilə əlaqə: (055) 837-62-60.

Bank Respublika: 4244 4848 4798 1648.

Избранный
10
1
hakimiyyet.az

2Источники