RU

Misli Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" oyunu heç-heçə bitdi

Misli Premyer Liqasının IX turunda keçirilən "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib.

"Bank Respublika Arena"da keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.

"Sabah" komandasından 5-ci dəqiqədə Pavol Safranko fərqlənib. "Araz-Naxçıvan"ın qolunu isə 8-ci dəqiqədə Felipe Santos rəqib qapısından keçirib.

Bu nəticədən sonra "Sabah" xallarının sayını 15-ə, "Araz-Naxçıvan" isə 17-yə yüksəldib.

Qeyd edək ki, bu gün keçirilən digər görüşdə "Səbail" komandası "Şamaxı"nı məğlub edib - 2:0. Turun açılış matçında "Kəpəz" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib. Sabah keçiriləcək "Turan-Tovuz" - "Zirə" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə IX tura yekun vurulacaq.

Избранный
3
6
cbcsport.az

8Источники