RU

Bosniya və Herseqovinada təbii fəlakət baş verib - Foto

Bosniya

Bosniya və Herseqovinada daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 16 nəfəri ötüb.

Reyting.az
"The Guardian" nəşrinə istinadla bildirir ki, Bosniya və Herseqovinada daşqın və torpaq sürüşmələri nəticəsində azı 16 nəfər ölüb, onlarla insan yaralanıb.

Fəlakət baş verən ərazilərə 4 oktyabrdan başlayaraq güclü leysan yağışları yağıb. Yablanitsa, eləcə də Konitz şəhərlərinin daxil olduğu ərazilərə daşqın səbəbindən dağıntılar da baş verib. Bu şəhərlərdə təbii fəlakət qəfil və gecəyarı başladığına görə yerli sakinlərin evləri onlar yuxuda olan zaman su altında qalıb. Güclü sel az müddət ərzində torpaq sürüşmələrinə səbəb olub.

Şahidlər bildiriblər ki, getdikcə yüksələn su axını qollara ayrılıb, daşqının qəfildən yaşayış məntəqələrini tamamilə sel-sularına qərq etməsi sakinlərdə çaşqınlıq yaradıb və nəticədə sel bütün ərazilərin yollarını kəsib. Fəlakətin baş verdiyi ərazilərdəməskunlaşan zərərçəkən yerli sakinlərin sözlərinə görə, onların evlərindən başqa, yollar, körpülər, kommunikasiya və elektrik xətləri də tamamilə dağılıb.

Yerli media həlak olanların sayının daha çox olduğunu iddia edir. Ölənlər arasında azyaşlı uşağın da olduğu bildirilir.

Hadisə ilə bağlı yayılan son məlumatlarda sel və torpaq sürüşməsi nəticəsində dağıntılar baş verən ərazilərdə ölənlərin sayının 16 nəfərdən çox olduğu, həmçinin ən azı 10 sakinin isə hələ də itkin kimi tapılmadığı bildirilir.



Oqtay QORÇU
Избранный
16
reyting.az

1Источники