RU

Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO

  Bakıda daha bir parkın ərazisinin genişləndirilməsi istiqamətində işlər aparılır.

BAKU.WS-in məlumatına görə, Xətai rayonunda "8-ci Zavod" küçəsi 29/1 ünvanında yerləşən "Sevgi" parkının ərazisinin genişləndirilməsi ilə bağlı işlər görülür.

Bununla əlaqədar şəhərin Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililərin sökülməsi və ərazidə yaşayan sakinlərə, obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prosesi həyata keçirilir.  



Избранный
1
21
referans.az

10Источники