RU

Gimnastımız Dünya Kubokunun finalında

Azərbaycanın idman gimnastı Nazənin Teymurova Macarıstanın Sombatxey şəhərində davam edən “Challenge” seriyasına aid Dünya Kubokunda finala vəsiqə qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, o, dayaqlı tullanma proqramı üzrə yarışda uğurlu nəticəyə imza atıb.

Qeyd edək ki, yarış oktyabrın 6-da başa çatacaq.

L.AZAD
XQ

 

Избранный
9
2
xalqqazeti.az

5Источники