RU

Britaniyanın baş naziri İran-İsrail münaqişəsinin qarşısının alınmasının vacibliyindən danışıb

Böyük Britaniyanın Baş naziri Keir Starmer, mümkün İran-İsrail münaqişəsinin qarşısını almaq üçün hər cür səy göstərilməsinin vacib olduğunu vurğulayıb.

“İki sahil” xəbər verir ki, Starmer bu barədə "The Sunday Times" qəzetində dərc olunan məqaləsində yazıb. “Keçən həftə İsrailə qarşı baş verən dəhşətli hücum təhlükəli bir dönüş nöqtəsinə çatmağımıza səbəb oldu. İran-İsrail münaqişəsi Yaxın Şərq üçün və bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Hər iki tərəf bu təhlükədən uzaqlaşmalı və münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidir,” - deyə Starmer bildirib.

Oktyabrın 7-də, Fələstin radikal HƏMAS qruplaşmasının İsrailə hücumunun ildönümü ərəfəsində Starmer qeyd edib ki, Qəzza zolağında davam edən qarşıdurma "bütün regionu bürümək təhlükəsi yaradır" və Böyük Britaniyada etnik və məzhəblərarası gərginliyi artırır.

Избранный
2
2
ikisahil.az

3Источники