RU

Taksi sürücüləri üçün növbəti imtahan keçirilir

Bakı. Trend:

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıqkeçmiş taksi sürücüləri üçün növbəti imtahanı təşkil edir. Buimtahan, eləcə də avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin vəyük daşımalarını həyata keçirən sürücülərin və operatorlarınhazırlıq səviyyəsini yoxlamaq məqsədilə keçirilir.

Trend-in DİM-inmətbuatına istinadən verdiyi məlumata görə, bu gün imtahan verməküçün ümumilikdə 2002 nəfər qeydiyyatdan keçib. Taksi sürücüləriüçün imtahan DİM-in elektron imtahanlar korpusunda və Gəncəregional bölməsində təşkil edilir, beynəlxalq yük daşımaları üzrəsürücülər və operatorlar üçün isə imtahan yalnız Bakı şəhərindəkeçirilir.

İmtahanda iştirakçılar xüsusi buraxılış vərəqəsi və şəxsiyyətvəsiqəsinin əsli ilə birlikdə göstərilən vaxtda gəlməlidirlər.Namizədlər imtahan başa çatdıqdan dərhal sonra nəticələrlə tanışola bilərlər və nəticələr növbəti gün DİM-in saytında dərcolunacaq.

İmtahan taksi sürücüləri üçün etik davranış və sərnişindaşımalarına dair 20, beynəlxalq yük daşımaları ilə məşğul olanlarüçün isə peşə səriştəsinə dair 25 test sualı ilə aparılacaq.Testlərin düzgün cavabları 1 balla qiymətləndirilir. Səhv cavablarnəticəyə təsir etmir. İmtahanda 10 və ya daha çox bal toplayantaksi sürücüləri, 15 və ya daha çox bal toplayan beynəlxalqsərnişin və yük daşımaları sürücüləri və operatorlarımüvəffəqiyyətli hesab edilərək şəhadətnamə alacaqlar.

Избранный
27
4
az.trend.az

5Источники