RU

Zəfər xronikası. 6 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trendmüsahibəni təqdim edir:

-Mənim adın Yevgenidir, "Pervıy kanal"ın müxbiriyəm. Çoxsağ olun.

Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun.

-İlham Heydər oğlu, Siz dəfələrlə bəyan etmisiniz ki,budəfəki hücum əməliyyatının məqsədi Qarabağı geri qaytarmaqdır."Qarabağ bizim torpağımızdır və biz oraya qayıdacağıq", - bu, Sizinsözlərinizdir. Bu, tamamilə birmənalı mövqedir. Lakin qarşı tərəfinmövqeyi də bundan az birmənalı deyil – "Bir qarış belə torpağıverməyəcəyik". Beləliklə, qeyri-müəyyənliyə gedən yol alınır. Sizinfikrinizcə, Azərbaycan və Ermənistanın danışıqlar masası arxasındaəyləşməsi üçün nə baş verməlidir?

-İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməniişğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdəqəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir. Bu qətnamələrdətəcavüzkara çox dəqiq siqnal göndərilir. Orada yazılıb ki, işğalolunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasıtəmin edilməlidir. O vaxtdan 27 il keçib. Erməni tərəfi həminqətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə iləmünaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağaçalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədəbeynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupununhəmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Bunagörə ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma vəprinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimizbeynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətəəsaslanır. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələriErmənistan tərəfindən yerinə yetirilən, Ermənistan öz qoşunlarınınişğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər ikitərəf qısa müddətdə razılığa gələ bilər. Bu razılıq Qafqazda sülhübərqərar edər.

-Bir həftədən çoxdur döyüşlər gedir və istər birtərəfin, istərsə də digər tərəfin yaydığı videolardan aydın görünürki, döyüşlər intensiv, itkilər çox ağırdır. Siz Azərbaycantərəfindən həmin rəqəmləri göstərə bilərsinizmi?

-Ermənistan tərəfindən və Dağlıq Qarabağ tərəfindən artilleriyaatəşləri nəticəsində bu gün səhərə olan məlumata görə, bizimtərəfdən 27 dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlifdərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. Qarşıdurmanınbudəfəki eskalasiyası sentyabrın 27-də başlanıb. O vaxtAzərbaycanın işğal edilmiş ərazilərindən bizim yaşayışməntəqələrinə, habelə döyüş mövqelərimizə artilleriya atəşləribaşlanıb, nəticədə bu hücumun elə ilk dəqiqələrində dinc sakinlərvə hərbi qulluqçular həlak olub. Biz adekvat tədbirlər görməyəməcbur olduq, operativ surətdə əks-hücuma keçdik. Bu əks-hücumnəticəsində düşmənin çox sayda atəş nöqtələrini, döyüş mövqelərinisusdurduq, şimal və cənub istiqamətlərində işğal altında olanərazilərin bir hissəsini azad etdik, bununla da Azərbaycanın birsıra yaşayış məntəqələri, oradakı vətəndaşlar bu gün artıq normalşəraitdə yaşaya bilərlər, çünki ermənilərin artilleriya atəşləriartıq oraya çatmır. Lakin son günlərdə Azərbaycan ərazilərinəartilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriyavasitəsilə aparılır, "Toçka U" və "Elbrus" kimi ölümsaçansistemlərdən istifadə edilir, bu, Cenevrə konvensiyalarının çoxkobud şəkildə pozulmasıdır, cinayətdir, müharibə cinayətidir. Bugün səhərdən münaqişə zonasının bilavasitə yaxınlığında yerləşənTərtər şəhərinin atəşə tutulması yenidən davam edir. Əhalisininsayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisidə atəşə tutulub. Mingəçevirdə bizim ən böyük elektrikstansiyasının ərazisinə bir raket düşüb, 10-dan çox şəhərimiz,yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalır.Bu, erməni tərəfin köhnə taktikasıdır. Onlar hər dəfə döyüşmeydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa vəbeləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraqbelə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumudayandıra bilmirlər və bilməyəcəklər.

-Hərbi itkilər barədə danışmaq olarmı?

-Hərbi itkilər. Bu gün bununla bağlı informasiya məxfidir.Azərbaycan ictimaiyyətinə bu barədə döyüş əməliyyatlarının fəalfazası başa çatandan sonra məlumat veriləcək.

-Siz Türkiyəni Dağlıq Qarabağ münaqişəsininnizamlanmasında iştirak etməyə çağırırsınız. Sizin fikrinizcə, buiştirak hərbi, yoxsa siyasi səylər mənasında məhz nədən ibarətolmalıdır?

- Mən bu barədə dünən bəyan edərkən onu nəzərdə tutmuşam ki,Ermənistanın təcavüzkar hərəkətləri davam edir, Ermənistan hərvasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlbedilsin. Mən müsahibələrimin birində belə siyasətin yolverilməzolduğunu demişəm. Münaqişə Ermənistanın və Azərbaycanınhüdudlarından kənara çıxmamalıdır. Əslində, münaqişə həttaErmənistan ərazisinə də çıxmır. Odur ki, Ermənistan ərazisindənartilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç birzərbə endirmirik, Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçünhər cür imkanımız var. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlbetməyə çalışır. Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyəçalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyəçalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olmasıbarədə öz mövqeyimizi bildiririk.

Türkiyənin cəlb edilməsi barədə mənim bəyanatıma gəldikdə isəmən, təbii ki, yalnız siyasi nizamlanmanı, münaqişədən sonrakıdövrdə nizamlamanı nəzərdə tutmuşam. İndiki anda Türkiyə bununlabağlı heç bir faktla təsdiqlənməmiş müxtəlif şayiələrə vəinsunasiyalara baxmayaraq, əsla münaqişəyə cəlb edilmiş tərəfdeyil. Məsələn, guya Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistanaməxsus Su-25 təyyarəsini vurması barədə xəbər həm Rusiya, həm dəAvropa KİV-lərində yayılıb. Heç bir sübut yoxdur. Məlum olub ki,görünür, erməni pilot, sadəcə, peşəkar baxımdan o qədər dəhazırlıqlı olmayıb və dağa çırpılıb. Bax, bu cür feyk xəbərləryayılır. Bunun nə məqsədlə edildiyini bilmirəm. Güman edə bilərəm,lakin bu feyk xəbərlər üçün heç bir əsas yoxdur. Beləliklə, hərbiqarşıdurma fazası başa çatanda biz, təbii ki, danışıqlar masasıarxasına qayıdacağıq. Yeri gəlmişkən, döyüş əməliyyatlarının lapəvvəlindən Azərbaycan deyirdi ki, biz danışıqlar prosesindənçıxmırıq, biz siyasi nizamlamaya ümid edirik, lakin bu, nizamlamaolmalıdır. Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxtmüvafiq təsir göstəriləcək. İndiki vasitəçilik missiyasının 28 ilərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə,mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə,praqmatik yanaşmanı əsas götürməliyik - eskalasiyanın azalması,möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regiondabaş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyininəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandansonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyükölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştiraketməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilknövbədə, Türkiyə və Rusiyadır.

-Siz Avropa ölkələri barədə danışdınız. Fransaprezidentinə çox sərt cavab verdiniz. Onu guya Azərbaycan Ordusutərəfindən vuruşan muzdlular barədə dediyi sözlərə görə üzristəməyə çağırdınız. Bu gün Siz bir daha təsdiq edə bilərsinizmiki, Dağlıq Qarabağ münaqişəsində muzdlular Azərbaycan tərəfindəiştirak etmirlər?

-Mən bütün bu günlər ərzində bu barədə deyirəm. Belə informasiyatullantılarına görə heyrətlənirəm və Fransa prezidenti ilə telefonsöhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmışşəkildə müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsini, əgərbelə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsinixahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlularaehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütünbeynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusununsiyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digərhərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100min döyüşçümüz var. Bu gün Azərbaycan Ordusu bizim əraziləri azadedir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizimartilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi,azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlardabayraqlarımızı necə ucaltmaları görünür. Buna görə də bu ittihamlarəsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin,yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiyaetməsinə yol verə bilmərik. Qoy, sübutlar təqdim etsinlər. Bu günfəal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübuttəqdim edilməyib.

-Döyüş əməliyyatlarının başa çatdığını və Azərbaycanınöz qarşısına qoyduğu məqsədlərə nail olduğunu fərz etsək, Qarabağdayaşayan ermənilərin sayını nəzərə almaqla onları hansı gələcəkgözləyir? Onların aqibəti necə olacaq?

-Bu mövzuda əvvəl də, eskalasiyaya qədər də, eskalasiya dövründədə dəfələrlə danışmışam. Elə dünən Türkiyə telekanalına müsahibədədemişəm ki, biz Qarabağ ərazisində yaşayan ermənilərə özvətəndaşlarımız kimi baxırıq. Hesab edirik ki, münaqişənizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın ermənivə azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdəyaşamalıdır. 1980-ci illərin sonunda münaqişə başlayanda DağlıqQarabağ ərazisində əhalinin 75 faizi erməni, 25 faizi isəazərbaycanlı idi. Onların cinayətkar rejiminin başçısının qondarma"inauqurasiyası"nı keçirdikləri və Azərbaycan xalqını təhqiretdikləri Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılar idi.Şuşa şəhərinin əsası azərbaycanlı Pənahəli xan tərəfindən qoyulub.Bu qədim Azərbaycan şəhərindən bütün azərbaycanlılar qovulub. Odurki, münaqişə başa çatandan və dinc yolla nizamlamadan sonra, yerigəlmişkən, bu məqam Madrid Prinsipləri adlanan baza prinsiplərindəəks etdirilib, – azərbaycanlı əhali işğal olunmuş ərazilərəqayıtmalıdır. Orada dəqiq yazılıb ki, köçürülmüş bütün şəxslərin özyaşayış yerlərinə qayıtmaq hüququ var. Beləliklə, sülh sazişi əldəediləndən sonra, - bunun baş verəcəyinə ümid edirəm, -azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaq və orada əvvəlyaşadıqları kimi yaşayacaqlar. Mənim mövqeyim həmişə belə olub ki,biz 1980-ci illərin sonunda münaqişə başlayana qədər mövcud olmuşab-havanı qaytarmalıyıq. Düşünürəm ki, bu, mümkündür. Ermənicəlladların Xocalıda törətdiklərindən, dinc əhalini məhvetmələrindən, bizim tarixi, dini abidələri dağıtmalarından, buərazilərdə azərbaycanlıların tarixi irsini yerlə-yeksan edəndənsonra bu, asan olmayacaq. Lakin hesab edirəm ki, biz bunaçalışmalıyıq. Döyüş əməliyyatları günlərində mənim Ermənistanxalqına və hazırda Dağlıq Qarabağda yaşayanlara müraciətimdəfələrlə səslənib. Mən erməni xalqını öz hökumətinin başına ağılqoymağa, erməni anaları öz uşaqlarını işğal edilmiş ərazilərəgöndərməməyə çağırmışam. Ona görə ki, yəqin indi heç kəs üçün gizlideyil, qondarma "Dağlıq Qarabağ ordusu" yoxdur. "Dağlıq Qarabağordusu" deyilən ordunun 90 faizi Ermənistan vətəndaşlarındanibarətdir. Mən bu cür çağırışlar etmişəm. Erməni tərəfindən bugünlərdə nifrətdən, təcavüzdən, hədə-qorxulardan və tamamiləqeyri-adekvat hərəkətlərdən başqa çağırışlar eşitməmişəm. Bizimmövqeyimiz belədir, biz münaqişənin dinc yolla nizamlanmasınıntərəfdarıyıq. İnanıram ki, Ermənistan tərəfinin siyasi iradəsiolarsa, biz buna nail ola bilərik.

-İlham Heydər oğlu, bütün müharibələr, hər bir müharibəgec-tez sülhlə başa çatır. Siz həmin anı necə təsəvvüredirsiniz?

-Bilirsiniz, bu barədə danışmaq çətindir, ona görə ki, bizimxalqımız o qədər müsibətlər görüb, erməni işğalçılar bu xalqa oqədər əzab-əziyyət verib ki, indi həmin məqamı bir mənzərə şəklindətəsəvvür etmək çox çətindir. 30 ildən çoxdur ki, bizdə sülh yoxdur.Son iyirmi ildən artıq müddətdə malik olduğumuz vəziyyət atəşkəsolub. Lakin hamı başa düşürdü ki, bu atəşkəs davamlı deyil, möhkəmdeyil. Buna görə Rusiya, ABŞ və Fransa prezidentlərinin şəxsindəMinsk qrupunun həmsədrləri bir neçə il bundan əvvəl bəyanatlarlaçıxış ediblər, status-kvonun qəbuledilməzliyi, onun dəyişdirilməliolması barədə bir neçə bəyanat qəbul edilib. Onlar çox gözəl başadüşürdülər və başa düşürlər ki, bu atəşkəs çox amanabənddir,davamlı deyil. Bugünkü eskalasiya bunu bir daha təsdiq edir. Bunagörə də sülh barədə danışmalı olsaq mən, ilk növbədə, onugenişəhatəli, uzunmüddətli, dünyanın aparıcı ölkələri tərəfindən,həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan ciddi zəmanətlərşərti ilə əbədi nizamlama kimi görürəm. Bu ölkələrin tərkibininMinsk qrupunun və onun həmsədrlərinin bugünkü tərkibindən fərqliola biləcəyini istisna etmirəm. Ona görə ki, Minsk qrupu 1992-ciildə tamamilə başqa geosiyasi reallıq şəraitində yaradılmışdı. Odövrdə SSRİ yenicə dağılmışdı və səmimi desəm, bu qrupun hansıəsasla yaradılmasını o qədər də başa düşmürəm. Ona görə ki, bu vəya digər birliyin, yaxud müvəqqəti formatın yaradılması müəyyənprinsipə əsaslanmalıdır. Buna görə, sizinlə əvvəl danışdığımızmövzuya qayıdaraq düşünürəm ki, region dövlətləri bu məsələdə fəaliştirak etməli, beynəlxalq təşkilatlar zəmanət verməli və əlbəttə,azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlaraqayıtmalıdırlar.

-Daha bir dəqiqləşdirici sual. Sizin fikrinizcə,konfiqurasiya necə ola bilər?

-Yəqin ki, bu barədə danışmaq hələ tezdir. Fikrimcə, bu barədədanışmaq hadisələri bir qədər qabaqlamaq deməkdir. Sadəcə istəyirəmki, qonşularımız və tərəfdaşlarımız mənim mövqeyimi bilsinlər.Düşünürəm ki, regional əməkdaşlıq çox sahələrdə özünü kifayət qədərgöstərib. Son illərə diqqət yetirsək görmək olar ki, Azərbaycan özqonşuları ilə birlikdə əməkdaşlığın möhkəm regional formatınınyaradılması üzərində çox fəal iş aparıb. Bu, siyasi, iqtisadi,nəqliyyat, energetika sahələrində və hər hansı başqa sahələrdəəməkdaşlığa aiddir. Uzun illərdən sonra, praktiki olaraq,müstəqillik dövrünün əvvəlindən başlayaraq beş Xəzəryanı ölkəarasında Xəzər dənizinin hüquqi statusunun nizamlanmasına dairKonvensiya imzalamaqla əldə etdiyimiz nailiyyətlərə baxmaqkifayətdir. Əvvəlcə həmin ölkələrin bəziləri ilə razılığa gələbilmirdik, lakin sonra biz xoş məram göstərərək razılığa gəldik vəbunun üstünlüklərini gördük. Bu gün böyük dövlət olan Rusiya ilədigər böyük dövlət, NATO-nun üzvü olan Türkiyə arasında əməkdaşlıqNATO ölkələri ilə Türkiyənin əməkdaşlığından qat-qat səmimi, möhkəmvə səmərəlidir. Məsələn, NATO üzvü olan digər ölkə Türkiyəni daimnədəsə günahlandırır. Bunlar yeni geosiyasi reallıqlardır, 1992-ciildə bunlar yox idi. Dünya dəyişib. Dünya gözümüzün qabağındadəyişir. Biz bunu əsas götürməliyik, filan ölkənin həllpotensialına malik olması barədə hansısa ehkamları, fərziyyələri vəya sabitləşmiş fikirləri yox. Bu gün münaqişənin fəal fazayakeçdiyi və Ermənistanın baş nazirinin, - mən bunu görürəm, - öztelefon zəngləri ilə dünya liderlərini bezdirdiyi bir vaxtda kiminnizamlama potensialına malik olması aşkar görünür. Bax, nizamlamapotensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinəgörə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhünqarantları olacaqlar.

-Müsahibəyə və ətraflı cavablara görə çox sağolun.

-Sağ olun.

Zəfər
Zəfər
Məqalədə:
Избранный
39
2
az.trend.az

3Источники