RU

La-Manş boğazını keçmək cəhdində olan iki yaşlı uşaq və üç böyük həyatını itirib

Bakı. Trend:

İki yaşlı bir uşaq da daxil olmaqla dörd miqrant, FransadanBöyük Britaniyaya La-Manş boğazını keçmək istəyərkən, oktyabrın4-dən 5-nə keçən gecə iki ayrı insident nəticəsində həyatınıitirib.

Trend xəbər verirki, hər iki insident nəticəsində bir uşaq, 30 yaşlarında iki kişivə bir qadın qayıqda sıxlıq səbəbindən həlak olub. Bundan əlavə, 17yaşlı bir qız keçid zamanı yanıq xəsarətləri alaraq xəstəxanayayerləşdirilib.

Fransanın daxili işlər naziri Bruno Retaillot X sosialplatformasında bir uşağın “qayıqda tapdalanması” ilə baş verən“dəhşətli faciə”yə görə dərin kədərini ifadə edib. “Bu insanlarınqanı qaçaqmalçıların əlindədir”, - deyə o, vurğulayıb və hökumətin,“bu ölümcül keçidlərdən pul qazananlara” qarşı mübarizəsinigücləndirəcəyini bildirib.

Qeyd edək ki, bu il ərzində La-Manş boğazı vasitəsi ilə sərhədikeçməyə çalışan 51 nəfər həyatını itirib.

Избранный
38
az.trend.az

1Источники