RU

Renatla Coşqun oynadılar, bəs Vüsal hanı?

Türkiyə 1-ci liqasında 8-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.

Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” səfərdə “Ümraniyəspor”la 1:1 hesablı heç-heçə edib. Start "11-lik"də yer alan Coşqun 69-cu dəqiqədə əvəzlənib.

Renat Dadaşovun şərəfini qoruduğu “Ankaragücü” evdə “Adanaspor”la qolsuz bərabərliyə razılaşıb. Renat 69-cu dəqiqədə meydana çıxıb.

Vüsal İsgəndərlinin oynadığı “Boluspor” qonaq qismində “Ərzurumspor”la qarşılaşıb və 0:1 hesabıyla yenilib. Azərbaycanlı hücumçu bu matçın iştirakçısı olmayıb.

8 turdan sonra “Bandırmaspor” 12 xalla 8-ci, “Ankaragücü” 10 xalla 13-cü, “Boluspor” isə 9 xalla 16-cıdır.

Избранный
8
fanat.az

1Источники