RU

Bilyana Pantik Pilya: AŞPA monoloq əvəzinə konstruktiv dialoqa üstünlük verməlidir

Bilyana

Strasburq, 6 oktyabr, AZƏRTAC

“Hər hansı bir üzv dövlətin Avropa Şurası Parlament Assambleyası (AŞPA) və ya digər beynəlxalq təşkilatın işindən kənar qalmasının əleyhinəyik. Azərbaycanlı həmkarlarımız olmadan debat keçirilməsi isə heç bir məntiqə uyğun deyil. AŞPA bərabərlik və inkluzivlik əsasda dialoq platforması rolunu oynamalı və bu ideyanın təbliğinə üstünlük verməlidir”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AŞPA-dakı Serbiya nümayəndə heyətinin rəhbəri Bilyana Pantik Pilya (Biljana Pantıć Pılja) Azərbaycan nümayəndə heyətinin bu quruma qayıtması ilə bağlı deyib.

“Hesab edirəm ki, AŞPA bərabərlik və inklüziv əsasda dialoq platforması rolunu oynamalı və bu ideyanın təbliğinə üstünlük verməlidir. Təəssüf ki, payız sessiyasında aparılan debat belə dialoqa kömək etməyəcək. Düzünü desək, Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan belə bir təşəbbüs çətin ki, qarşıya qoyulan məqsədlərə nail olsun. Bu yanaşma konstruktiv dialoqu təşviq etmək əvəzinə, gərginliyi gücləndirmək və əldə edilmiş nəticələri sarsıtmaq riski daşıyır”,- deyə Serbiya nümayəndə heyətinin rəhbəri bildirib.

Serbiyalı parlamentari vurğulayıb ki, yanvar ayında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı qərarı lüzumsuz və əks təsir idi. Belə yanaşma həll yolu deyil, yalnız qarşılıqlı ittihamlara və daha da uzaqlaşmaya səbəb ola bilər. Qərar Avropa Şurası Parlament Assambleyasının konstruktiv dialoq platforması kimi roluna xələl gətirir. Avropada və dünyada mövcud vəziyyəti nəzərə alsaq, dialoqa qayıdış və Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakının bərpası zəruridir.

“Monoloq əvəzinə konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoq lazımdır. Serbiya özünün ən yaxın tarixi ilə dialoqun əhəmiyyətinin ən yaxşı nümunəsidir”,- deyə Pilya dialoqa üstünlük verilməsinin vacibliyini deyib.

Избранный
53
1
azertag.az

2Источники