Hacıqabulda baş verən qəzada 2 nəfər ağır yaralanıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Peugeot” markalı avtomobil “Kamaz” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində iki nəfər kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта