RU

“Dalia Kutkaite Cup” beynəlxalq turnirində 5 medal - FOTO

Bədii gimnastika üzrə “Dalia Kutkaite Cup” beynəlxalq turniri başa çatıb.

İdman.biz xəbər verir ki, gimnastlarımız Litvanın Vilnüs şəhərində keçirilən yarışda uğurlu çıxış ediblər.

Komandamız 5 medal qazanıb. Məryəm Baloğlanova gürzlərlə hərəkətlərin icrasında qızıl, toplarla çıxışında isə bürünc medal qazanıb. Azadə Atakişiyevanın qazandığı hər 3 medalın əyarı gümüş olub. O, çoxnövçülük proqramı ilə yanaşı halqa və toplarla hərəkətlərin icrasında 2-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi yarışa məşqçilər Valentina Ukleina və Nəzrin Cəfərzadənin rəhbərliyi altında yollanıb.

İdman.biz

Избранный
23
1
idman.biz

2Источники