RU

“Mədəni rus xanımı”nın miqrant taksi sürücüsünə dedikləri və…

...Rusiya hakimiyyətinin genişmiqyaslı antimiqrant kampaniyası öz bəhrəsini verməkdədir.

Belə ki, SİA-nın da əldə etdiyi məlumata görə, Rusiyada gündəlik səviyyədə ksenofobiya halları getdikcə artır.

Qeyd edilməlidir ki, bu gün ən çox aqressiv rusların hədəfində olanlar taksi sürücüləridir.

Və təbii ki, onların arasında Mərkəzi Asiya ölkələrindən gələn kifayət qədər miqrant var.

Bu arada Rusiyada taksi sürücüsü işləyən “Present Time”ın izləyicilərindən biri redaksiyaya səs yazıcısı ilə müşayət olunan video göndərib.

Deməli, taksiyə minən rusiyalı qadın dörd dəqiqə ərzində ən azı iyirmi dəfə miqrant sürücünü küçə söyüşləri ilə söyüb. \

O, hiddət və nifrətlə ona və bütün digər Orta Asiyalılara Rusiyadan rədd olub getmələrini bildirib.

…Rusiyada sizin üçün iş var, amma ruslar üçün yox! Siz öz yerinizə gedin, biz də sizə gəlmirik, siz hələ də bizi sümürürsünüz. Sizə görə nə qədər rus ölüb. Sizlər rus xalqını zülmlə öldürüb və bizim hesabımıza yaşayırsınız.

…Bunlar taksi sərnişini olan “mədəni rus xanımın” miqrant sürücüyə dedikləridir.

Maraqlıdır ki, “qızmış mədəni rus xanımını” sakitləşdirməyə çalışan sürücü, ondan onu alçaltmamağı xahiş edib və ona lazım olan yerə çatmaq üçün başqa taksi çağırmağı təklif edib.

“Mədəni rus xanımı” isə bundan qəti şəkildə imtina etdib və hökmlə… “xeyr! Məni sənə dediyim yerə aparacaqsan”-deyib.

Bundan sonra sürücü qadından onu təhqir etməməsini xahiş edib: bu xahiş isə qadını hiddətləndirib.

…Mən səni təhqir etmirəm!- deyən “mədəni rus xanımı” bu dəfə daha da bərk qışqırmağa başlayıb.

…Niyə öz vətənində qalıb yaşamırsan, niyə bizə dinclik vermirsən?Bizi öldürürlər, güllələyirlər, üstümüzə zibil yayırlar. Siz də birdəfəlik gedin öz yerinizə, orada yaşayın, bir də qayıtmayın! Niyə Rusiyadasınız? Biz sizə gəlmirik, sənsə gəlib burada yaşamaqdan əlavə, bizdən öz haqqını da tələb edirsən. Birdəfəlik uzaqlaşın bizdən, sizlərə lənət olsun.

…Deyim ki, qadına yaraşmayan daha iyrənc “ifadələr” (…dilə gətirəsi deyil – A.B.)işlədən qadın Moskva vilayətindəki konsert zalında törədilən terror aktını da sürücüyə xatırladıb.

…Və bundan sonra nə olub olmayacağını gözə alan miqrant sürücümənzil başına çatdırmadan “mədəni rus xanımı”…elə mədəni şəkildə də avtomobildən düşürüb (…“yerə atıb” demirəm– A.B.).

…Artıq illərdir Rusiyada yaşayan və işləyən Mərkəzi Asiya ölkələrindən olan bir çox miqrant ruslar tərəfindən ksenofobiyanın kəskin şəkildə artdığını təsdiqləyir və yaxın aylarda ölkəni tərk etməyi planlaşdırdıqlarını bildirir. Bu, minlərlə miqrantların getdiyi taksi sektoruna, eləcə də iaşə sektoruna da aiddir: əvvəllər miqrantlar tərəfindən idarə olunan kafe və restoranlar kütləvi şəkildə bağlanır.

Ölkəni təkbaşına tərk edən miqrantlarla yanaşı, Rusiya hakimiyyəti minlərlə miqrantı yaşadıqları hostellərə və işlədikləri müəssisələrə basqın etdikdən sonra deportasiya edir. Həmçinin, bir çox miqrantlar artıq hava limanlarında və sərhədlərdəki keçid məntəqələrində Rusiyaya buraxılmırlar.

P.S: …Ksenofobiya -yad olan hər şeyin qorxusu, onun rədd edilməsi kimi təqdim edilir. Ksenofobiyaya məruz qalanlar tanımadığı şeylərə düşmən münasibət bəsləyirlər.

P.S.S: …Sizi bilmirəm, amma mən hələ də taciklərin “Crocus City Hall”-da guya terror aktı törətdiklərinə inanmıram…

Əli Babayev

Избранный
22
sia.az

1Источники