RU

Hacıqabulda qəza nəticəsində xəsarət alanların kimliyi məlum olub - VİDEO - YENİLƏNİB

Hacıqabulda baş verən qəzada ağır xəsarət alan 2 nəfərin kimliyi məlum olub.

APA xəbər verir ki, hadisə nəticəsində yaralananlar Muğan sakinləri olan qardaşlar, 1992-ci il təvəllüdlü Quluzadə İmran Nəbi oğlu və 1985-ci il təvəllüdlü Quliyev Anar Nəbi oğludur.

***
22:43


Hacıqabulda baş verən qəzada 2 nəfər ağır yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Peugeot” markalı avtomobil “Kamaz” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində iki nəfər kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
1
4
apa.az

5Источники