RU

Azərbaycanda hərbi xidmətə çağırış yaşı 20-yə QALDIRILIR? - AÇIQLAMA

Günümüzün aktual məsələlərindən biri də əsgərliyə gedənlərin yaşıdır. İnsanların çoxu düşünür ki, 18 yaş əsgərlik üçün tezdir. Bu səbəbdən də hərbi xidmətə çağırış yaşının artılımağını istəyirlər. Bəs, bununla bağlı yeni qərar qəbul oluna və hərbi xidmətə çağırış yaşı ən azı 20 ola bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama edən hərbi ekspert Heydər Mirzə bu məsələ ilə bağlı alınacaq qərarın təkcə hərbi deyil, sosial və iqtisadi amillərlə bağlı bir addım olacağını qeyd edib:

"Bu məsələ ilə bağlı müxtəlif ölkələrin qanunvericiliyində fərqli yanaşmalar var. Bu yanaşmalar həm tarixi, həm siyasi, həm də siyasi-hüquqi məsələlərə arxalanır. Bizdə də 30 il ərzində müəyyən ənənəvi yanaşma formalaşıb. Lakin hər 18 yaşa demək olmaz ki, adam o yaşda bütün hərbi vəzifə və tapşırıqlara uyğundur. Hərbi kadr siyasəti və hərbi təhsil siyasəti bunu təbii qaydada tənzimləyir. Məsələ səfərbərlik məsələsidirsə, o zaman daha böyük miqyasda bu yaş məsələsi həm də ordunun tədricən peşəkar sistemə keçidi ilə bağlı ola bilər. Hər halda, yaşın artırılması özü özlüyündə bir tək hərbi deyil, sosial və iqtisadi amillərlə bağlı olan addım olardı. Eyni zamanda məktəblərdə verilən təhsilin keyfiyyəti məsələsi də ortaya çıxa bilər, burada da bəziləri deyirlər ki orta təhsil bu və ya digər şəkildə varsa getməlidir əsgərliyə, digərləri psixolojidən tutmuş iqtisadi amillərə kimi sadalayıb deyirlər ki, 20 və ya hətta 23 yaş söyləyənlər də var. Əlbəttə, fikirlər müxtəlifdir. 20 yaşa keçidə dair bir şey söyləyə bilmərəm, amma hazırkı sistemdə məncə problem yoxdur. Gördüyüm odur ki 2020-ci ildən sonrakı dövr hərbi təhsil sahəsində ciddi dəyişiklik illəri oldu, orada da indi insan tələbatı və təhsil alan kütləni "emal" etmə imkanları fərqlidir. Sonunda nəzərə alınan ilk amil demoqrafik və iqtisadi amildir".

Избранный
21
bakuinfo.net

1Источники