İsrail sizinlə və ya sizsiz qalib gələcək.
Referans.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun İsrailə qarşı sözlərinə cavab olaraq bildirib.
“İsrailin qələbəsindən sonra rüsvayçılığınız hiss olunacaq”, – nazir bildirib.
Netanyahu qeyd edib ki, bütün sivil dövlətlər İsrailin yanında möhkəm dayanmalıdır:
“Prezident Makron və bəzi digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Ayıb olsun!”
Qeyd edək ki, Makron İsrailə silah tədarükünün dayandırılması ilə bağlı çağırış etmişdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта