RU

Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO

Məşhur müğənni və bəstəkar Cek Kolvel 34 yaşında Avstraliyada vəfat edib. 
 
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Kolvel yaxın gələcəkdə ikinci musiqi albomunu buraxmağı planlaşdırırdı. "Swandream" adlı ilk studiya albomu 2020-ci ildə işıq üzü görüb.
 
İlk albomunun buraxılışından beş il əvvəl Kolvel debüt sinqlı "Don't Cry That Tears"ı sevənlərinə təqdim edib. O zaman bu, ilin ən yaxşı Avstraliya sinqllarından biri kimi tanınırdı. Həmin mahnının ərsəyə gəlməsi üçün sənətçiyə məşhur müğənni Sara Blasko prodüserlik edib.
 
Sentyabrın 24-də elan edilən ikinci albomun ölümündən sonra çıxıb-çıxmayacağı məlum deyil.
 
Kolvellin ölüm səbəbi hələ açıqlanmayıb.
 
Xatırladaq ki, oktyabrın 26-da musiqiçi 35 yaşını qeyd etməli idi.
Избранный
8
8
moderator.az

10Источники