RU

"Neftçi" nə qədər gec də olsa, bu situasiyadan çıxacaq" - Şahin Diniyev

"Şamaxı" Misli premyer-liqasının 9-cu turunda doğma meydanda "Səbail"ə 2:0 hesabı ilə məğlub olub. Nəticədə "dənizçilər" turnir cədvəlində 8-ci pillədə yer alıb.

"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdıı:

- Bu gün oyun tam diqtəmizlə keçdi. Yəni bütün oyunu diqtə edə bildik deyə bilərəm. Sadəcə standart vəziyyətlərdə problemimiz olurdu. Onda da qapıçı və müdafiəçilərimiz etibarlı oynadı. Topa nəzarət edərək qol vəziyyətləri yarada bildik. "Qara zolaq"dan çıxmaq məni sevindirir. Yolumuza davam edəcəyik. Bunun üçün növbəti oyunlarda da əlimizdən gələni edəcəyik.

- Hakimə çox etiraz edirdiz. Əliyar Ağayevlə ulduzunun barışmayıb?
- Biz emosiyalara qapılmışıq. Demirəm etdiyim hərəkətlərin hamısı düzdü. Futbol emosiyalar oyunudu. Sakit durub oyuna baxsan, alınmayacaq. Heç bir hakimlə intriqam yoxdu. Əliyar Ağayev oyunu normal idarə etdi.

- "Neftçi"nin dünənki məğlubiyyəti bu gün komandanızın oyuna köklənməsinə nə dərəcədə təsir etdi?
- Bəli, çox təsir etdi. "Kəpəz" qalib gəlməklə xal fərqini 1-ə endirdi. Futbolçularda təzyiq olur. Amma bugünkü qələbə bizi sonuncu yerdən bir az uzaqlaşdırdı. Amma bu, heç nə demək deyil. 3 xallıq çempionatda hər şey ola bilər. "Neftçi" nə qədər gec də olsa bu situasiyadan çıxacaq. Bu, görünəndi. Onlar güclülər dəstəsindən ayrılmağa layiq deyil. "Kəpəz"in qələbəsi bizi bir az da ruhlandırdı. Arxamızda nəfəs hiss elədik. Bu, bizim üçün çox böyük motivasiya verdi.

RÖYANƏ OĞUZ

Избранный
9
6
football-plus.az

10Источники