RU

Millimizdən ardıcıl ikinci qələbə

Çimərlik futbolu üzrə millimiz dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, millimiz İspaniyanın Kadiz şəhərində Gürcüstan yığması ilə qarşılaşıb. Görüş komandamızın 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Elşad Manafov (2), Sabiq Allahquliyev, Ramil Əliyev, Amid Nəzərov, Kamran Qürbətov və Bayram Bayramlı vurublar.

Qeyd edək ki, A qrupunda yer alan komandamız ilk oyununda İngiltərə yığması üzərində 4:0 hesablı qələbə qazanıb. Millimiz oktyabrın 7-də İspaniya (20:00) seçməsi ilə üz-üzə gələcək.

Избранный
5
5
football-plus.az

7Источники