RU

Yəqin qələm yenə düşmən əlindədir..?

Bu yaxınlarda Alla Puqaçovanın İstradakı malikanəsini almaq istədiyini bildirən bir iş adam bu sövdələşmədən imtina edib. Məsələ burasındadır ki, diqqətlə yoxlanılan zaman məlum olub ki, evin dam örtüyü axıdır. Yəni bizdə deyildiyi kimi ev...yox ey, daça damır.

Ən əsası, alıcının qohumlarının daçanın üslubunu bəyənmələridir. Onlar Allanın mülkünü ümidsizcə köhnəlmiş hesab ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, beləliklə, alqı-satqı baş tutmayıb.

Doğrudur, Mash Telegram kanalının yazdığı kimi, daha üç mümkün alıcı var.

Qiymət isə hələ də əvvəlkidir: 152 milyon rubl olub.

İndi evdə gözətçi yaşayır, yaxşı maaş alır, (yəqin o da daçanın satılmasını istəməz..?-A.B.) evi və ərazini qaydasında saxlamağa çalışır.

...Moskva yaxınlığındakı Solneçnoqorskdakı İstrinski su anbarının birinci cərgəsində Alla Puqaçovanın daçası adlanan ev xüsusi hərbi əməliyyatın əvvəlindən satışa çıxarılıb.

İlk qiymət 225 milyon rubl idi, lakin zaman keçdikcə demək olar ki, yarıya endirilib.

Əli Babayev

Избранный
16
sia.az

1Источники