RU

İndiyədək 610 quş növünün nəsli kəsilib- Daha 1000 növ yox ola bilər

Ekoloqlar bildirirlər ki, Hind okeanının Mavriki adasında məskunlaşan uça bilməyən məşhur quş olan Dodo insanların təqsiri üzündən nəsli kəsilməkdə olan qanadlı heyvanların bir nümunəsidir. Təcrid olunmuş ekosisteminə yaxşı uyğunlaşan, lakin insanların gəlişinə hazır olmayan Dodo ilə ilk dəfə 1598-ci ildə niderlandlı dənizçilər qarşılaşıb. Ovçuluq, yaşayış yerlərinin məhv edilməsi və yerli olmayan növlərin gətirilməsi 80 ildən az müddətdə onu məhv edib.

Amma bu quş növü məhv olan yüzlərlə qanadlının yalnız bir örnəyidir. Yeni araşdırmalar son 130.000 il ərzində 610 quş növünün nəslinin kəsilməsini sənədləşdirib və bu, “Homo Sapiens” növünün qlobal miqyasda yayılması ilə üst-üstə düşür. Quş böhranı son illərdə və onilliklərdə daha da sürətlənib. Məsələn, Havayın nəğməkar quşu olan Kauaʻi keçən il nəsli kəsilmiş elan edilib.

Tədqiqatçılar, həmçinin bu prosesin ekoloji nəticələrini də aşkar ediblər, çünki quş növlərinin yoxa çıxması onların saysız-hesabsız ekosistemlərdə xidmət etdiyi funksiyaları da aradan qaldırır. İngiltərənin Birminhem Universitetinin ekoloqu, bu həftə “Science” jurnalında dərc olunan araşdırmanın aparıcı müəllifi Tom Metyus deyib: “Quşlar toxumların səpilməsi, həşəratların istehlakı, ölü materialın təkrar emalında əsas rol oynayır. Məsələn, qarğalar tozlanma kimi bir çox vacib ekosistem funksiyalarını yerinə yetirirlər. Növlər məhv olsa, onda biz bu funksiyaları da itiririk. Bunun ən yaxşı nümunəsi Mavriki və Havay adalarıdır. Burada demək olar ki, bütün yerli meyvə yeyən quşların nəsli kəsilib”.

Ekoloq əlavə edib ki, quşlar meyvələri yeyərkən və sonra hərəkət edərkən, meyvələrin aid olduğu bitkilərin toxumlarını da səpirlər. Onun sözlərinə görə, bu səbəbdən ağac növlərinin də bir çoxu məhv ola bilər.

Tədqiqatçılar tərəfindən sənədləşdirilmiş nəsli kəsilmiş quşların əksəriyyəti adalarda yaşayıb. Yaşayış yerinin itirilməsi təcridolunma və ərazinin azaldılması nəzərə alınmaqla böyük təsirlərə səbəb ola bilər, siçovullar, pişiklər və siçanlar kimi heyvanların introduksiya edilməsi isə uça bilməyən bir çox ada-endemik quşların yeni yırtıcılardan qaça bilməməsinə ciddi təsir göstərəcək.

İnsan ovçuluğu keçmişdə quşların nəslinin kəsilməsinə səbəb olan ən böyük amil idi və indi də müəyyən bölgələrdə problem olaraq qalır. Metyus qeyd edib ki, nəğməkar quşların ticarət məqsədilə tutulması xüsusilə Cənub-Şərqi Asiyada böyük bir problemdir. Müəyyən bölgələr və növlər daha spesifik amillərlə əlaqəli idi. Məsələn, insanlar tərəfindən təqdim edilən quş malyariyasını göstərmək olar. Gələcəkdə böyük naməlum amil meydana çıxa bilər ki, bu da antropogen iqlim dəyişikliyi ilə bağlı olacaq.

Beləliklə, alimlər hesab edirlər ki, 3 milyard illik unikal təkamül tarixində hər bir itirilmiş növ həyat ağacından bir budaq kəsmək kimidir. Eyni zamanda, 610 rəqəmi quşların nəslinin tükənməsinin cüzi bir hissəsidir, çünki bəzi bölgələrdən əldə edilən məlumatların azlığı və bir çox itirilmiş növləri tapmaq üçün skelet qalıqlarının olmaması daha çox quş növünün yoxa çıxması fərziyyəsini gücləndirir. Real rəqəmdən asılı olmayaraq, Metyus son 50.000 il ərzində yoxa çıxmaların böyük əksəriyyətini insan amili ilə əlaqələndirir. Hazırda planetimizdə 11 minə yaxın quş növü mövcuddur. Tədqiqatçılar növbəti iki əsr ərzində 1000-dən çox növün nəslinin kəsilməsini proqnozlaşdırırlar(azərtac).

Избранный
6
2
azpost.info

3Источники