“Beşiktaş”ın baş məşqçisi Covanni van Bronxost Avropa Liqasının Liqa mərhələsində “Ayntraxt”a 1:3 hesabı ilə məğlub olduqdan sonra qalmaqallı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, o, oyundan sonra komandaya qarşı təzyiq edən azarkeşlərə bu sözləri deyib:
“Azarkeşlərin bizi fitə basmasını anlamadım. Bu gün oyunçularımın pis oynadığını düşünən varsa, bir daha stadiona gəlməsin”.