RU

100 yaşı tamam olan ABŞ prezidenti Karterin ad günündən görüntülər –VİDEO

Oktyabrın 1-də ABŞ-ın sabiq prezidenti Cimmi Karterin 100 yaşı tamam olub. 

Azpost.info bildirir ki, bu münasibətlə onun ailə üzvlər təbiət qoynunda piknik təşkil ediblər.

Doğum günündə də ailəsi Karteri qoca arabasında hərbi təyyarələrin uçuşunu seyr etmək üçün evin həyətinə çıxarıblar. Sabiq prezident xüsusi araba ilə ora gətirilib. Bununla bağlı yayılan kadrlarda yataqda uzadılmış Karterin qocalıb əldən düşdüyü görünür.

Karter tarixdə 100 yaşa çatmış ilk Amerika prezidentidir.

Onun səyləri nəticəsində Misir və İsrail arasında Kemp-Devid Sülh müqaviləsi (1978) imzalanıb. Bu fəaliyyətinə görə Karter Nobel Sülh mükafatına (2002) layiq görülüb.

Sovet Ordusunun Əfqanısatan girməsinə cavab olaraq Karter SSRİ-yə sanksiyalar tətbiq edib, 1980 Moskva Olimpiadasını boykot edib.

Cimmi Karter peşəkar hərbiçidir, elitar Hərbi Dəniz Akademiyası məzunudur.

Избранный
24
azpost.info

1Источники