RU

Azərbaycanda ən çox və ən az mağazası olan - MARKET ŞƏBƏKƏLƏRİ

Azərbaycanın pərakəndə satış bazarı sürətlə inkişaf edir və bu bazarda market şəbəkələri əsas rol oynayır. Hər bir market zəncirinin filial sayı, onların bazardakı mövqeyini və istehlakçılarla əlaqəsini əks etdirir.

Hansı market şəbəkəsi daha çox işləyir? – FİLİALLAR, İŞ SAATLARI, SİYAHI

FED.az xəbər verir ki, satış mənəqələrinin sayına görə liderlik “Oba Market”ə məxsusdur. Nisbətən kiçik ölçülü marketlərlə xidmət göstərən şəbəkənin 1300-dən artıq filialı var və ölkənin ən geniş yayılmış market şəbəkəsidir.

İkinci sırada yer alan “Al Market” isə 900-dən çox filialı ilə xidmət göstərir.

İri ölçülü marketlər seqmentində isə şəbəkənin böyüklüyünə görə “Araz Supermarket” liderlik edir, «Araz»ın 400-dən çox filialı var.

“Bravo market” isə 137 filialla sahib olmasına baxmayaraq, xüsusilə böyük şəhərlərdə fəaliyyət göstərir və yüksək səviyyəli xidmətlər təklif edir.

Daha kiçik market şəbəkələri “Tam Store”, “Bolmart”, “Grandmart”, “Neptun”, “Mega Store” və “Ballı Market” isə nisbətən az filial sayına malik olsalar da, bazarda özünəməxsus mövqeləri ilə seçilirlər.

Marketlər və filial sayları haqqıda daha detallı cədvəldə:

Marketlər

Filial Sayı

1

Oba market

1 300-dən çox filial

2

Al market

900-dən çox filial

3

Araz Supermarket

400-dən çox filial

4

Bravo

137 filial

5

Bazar Store

88 filial

6

Tam Store

45 filial

7

Bolmart

45 filial

8

Grandmart

32 filial

9

Neptun

25 filial

10

Mega Store

21 filial

11

Ballı Market

7 filial

Избранный
40
fed.az

1Источники