RU

Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

Bakı. Trend:

Məlumdur ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasıhaqqında 8 dekabr 1991-ci il Sazişində və 21 dekabr 1991-ci ilAlmatı Bəyannaməsində nəzərdə tutulan ərazi bütövlüyünə vəsərhədlərin toxunulmazlığına hörmətlə bağlı müddəalarda MDB-yə üzvdövlətlər arasında faktiki sərhədlərin hansı olduğu və ya hər birdövlətin tərkibinə hansı ərazilərin daxil olması məsələsinəaydınlıq gətirilmir. Beləliklə, Almatı Bəyannaməsi Ermənistanın“xoş niyyətinin” təsdiqi sayıla bilməz.

Trend xəbər verir ki, bu barədə AzərbaycanXarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan HacızadəninErmənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistanınhərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddiaolunan təhdidlər barədə söylədiyi fikirlərə dair şərhində bildirilib.

"Ermənistanın 18 fevral 1992-ci il tarixində MDB-nin yaradılmasıhaqqında sazişi qeyd-şərtlə ratifikasiyasını inkar etmək olmaz.Üstəlik, Ermənistan qeyd-şərtlər etmək niyyətini hələ 26 dekabr1991-ci il tarixində Ermənistan Ali Soveti MDB-nin yaradılmasıhaqqında sazişə dair Protokolu ratifikasiya edəndə rəsmən bəyanedib. MDB-nin yaradılması haqqında sazişin ratifikasiyasına dairAli Sovetin 18 fevral 1992-ci il tarixli qərarının 10-cu bəndindəaydın şəkildə göstərilir ki, Ermənistan Respublikası qondarma“Dağlıq Qarabağ Respublikasını MDB-yə daxil olmaq hüququ olanmüstəqil dövlət hesab edirdi.”

Ali Sovetin bu qərarından sonra Ermənistan heç vaxt “DağlıqQarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanımayıb, bu mövqe AliSovetin 8 iyul 1992-ci il tarixli Qərarında bir daha təsdiqlənib vəErmənistanın 5 iyul 1995-ci il tarixli Konstitusiyası ilə daha damöhkəmlənib. O zaman qeyd-şərtin müqaviləyə tərəf digər ölkələrinnəzərinə çatdırılmasının zəruri olub-olmaması və Ermənistanın belətədbir görüb-görmədiyindən asılı olmayaraq, hər hansı bir mühakiməyürütmədən, qeyd-şərtlər Ermənistan qanunvericiliyinin birhissəsidir və inkar edilə bilməz.

Beləliklə, həmçinin Ermənistanın Almatı Bəyannaməsinə qoşulanzaman konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı artıqmövcud olan iddiasını və onun qeyd-şərtlərini nəzərə alaraq,Ermənistan “Dağlıq Qarabağın” Azərbaycanın tərkib hissəsi kimitanınmasını istisna edib. Odur ki, Ermənistan öz konstitusiyasınadəyişikliklər edənə və Azərbaycana qarşı iddiasını əks etdirənbütün hüquqi və siyasi aktlardan imtina etməyənə qədər ErmənistanınAzərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədəbəyanatların heç bir hüquqi əsası yoxdur.

Həmçinin, Almatı bəyannaməsinə qoşularkən ErmənistanınAzərbaycana qarşı təcavüz tarixini nəzərə alaraq, “keçmiş Sovetİttifaqının respublikalarının inzibati sərhədləri boyuncabir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması” dedikdəErmənistanın 1992-ci ildə və indi nə nəzərdə tutduğuna aydınlıqgətirməsinin vaxtı çatıb", - deyə əlavə edilib.

Избранный
29
49
az.trend.az

10Источники