RU

RF XİN başçısı Azərbaycanın yeni səfirini qəbul edib

Oktyabrın 4-də Azərbaycanın Rusiyada yeni fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən qəbul edilib.

RF XİN-in məlumatında deyilir ki, Lavrov "dost dövlətin - strateji tərəfdaşımız və müttəfiqimizin diplomatik missiyasının rəhbərini səmimi şəkildə salamlayıb və ona fəaliyyətində uğurlar arzu edib".

Sonradan Mustafayevin RF xarici işlər nazirinin müavini Qaluzinlə görüşü keçirilib, səfir öz etimadnaməsinin surətini ona təqdim edib.

Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin yüksələn inkişafı qeyd edilib, ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə olunub. Yaxın tarixlərdə nəzərdə tutulan dövlətlərarası əlaqələrin qrafikinə nəzər salınıb.

Избранный
27
turan.az

1Источники