RU

Dünya çempionatı: Nəsibov yarımfinalda, Bağırov bürünc uğrunda mübarizə aparacaq

Bu gün Düşənbədə (Tacikistan) cüdo üzrə gənclərin dünya çempionatında fərdi yarışlar başa çatır.

İdman.biz xəbər verir ki, yarışın dördüncü günündə iki azərbaycanlı idmançı tatami üzərinə çıxıb.

100 kq
Əjdər Bağırov startda Cos Şell (Niderland) üzərində qələbə qazanıb, daha sonra Qaqa Qaqadze (Gürcüstan) və Mate Lakoşa (Macarıstan) qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə Muhammedsodiq Sadıkova (Özbəkistan) məğlub olub və Alireza Niksereşt (İran) ilə bürünc medal uğrunda mübarizə aparacaq.

+100 kq
Kənan Nəsibov Tamaz Beqanaşvili (Gürcüstan), Recep Ergin (Türkiyə) və Darius Dobreni (Rumıniya) məğlub edərək yarımfinala yüksəlib.

Dünya çempionatında üç gündən sonra komandanın hesabında bir bürünc medal var. Onu Süleyman Şükürov (81 kq) qazanıb.

İdman.biz

Избранный
17
idman.biz

1Источники