RU

Bakı "İnter"inin sabiq baş məşqçisi vəfat etdi

"İnter"in (hazırki "Şamaxı") sabiq baş məşqçisi Anatoli Konkov vəfat edib.

Sportnet.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.

2004-06-cı illlərdə Bakı klubuna rəhbərlik etmiş mütəxəssis 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Anatoli Konkov futbolçu kimi keçmiş SSRİ millisində 47 oyun keçirib və 8 qol vurub, bu komandanın heyətində 1972-ci il Avropa çempionatında gümüş, 1976-cı il Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, Kiyev "Dinamo"su ilə 4 dəfə SSRİ çempionu olub, UEFA Kuboklar Kubokunu və Superkubokunu qazanıb. "İnter" mütəxəssisin rəhbərliyi altında 2004/05 mövsümündə Azərbaycan Kubokunun finalçısı olub.


Избранный
35
7
sportnet.az

9Источники