Bakı, TurkicWorld
Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Kivu gölündə baş verən gəmi qəzası nəticəsində 100-dən çox insan həyatını itirib, onlarla insan itkin düşüb.
Bu barədə TurkicWorld xarici KİV-ə istinadən xəbər verir.
Gəminin göyərtəsində 450 nəfər olub. 45 nəfər xilas edilib. İtkin düşənlərin axtarışı davam edir.
Qeyd edilib ki, gəmi oktyabrın 3-də Qoma şəhərinin limanına yaxınlaşarkən çevrilib. Göyərtəsində tacirlər və yükləri olub. Həddindən artıq yüklənmiş gəmi əvvəlcə yana əyilib, daha sonra tez bir zamanda batmağa başlayıb. Onlarla insan suya düşüb.