İranın İsrailə atdığı 181 raketdən minimum 25-i hədəfə tuş gəlib.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin "The Washington Post" nəşri məlumat yayıb.
Məlumata görə, raketlər İsrailin "Dəmir Qübbə"sini və müttəfiq ölkələrin hava hücumundan müdafiə sistemlərini yarıb keçərək ən azı 3 aviabaza və hərbi obyekti vurub.Qeyd olunub ki, İsrailin "Nevatim" aviabazası 20 raketlə vurulub. Təl-Əvivdəki hərbi hissənin yaxınlığına isə 3 raket düşüb.Bundan əlavə, daha 3 raketin də İsrail kəşfiyyatı "Mossad"ın Təl-Əvivdəki mənzil-qərargahının yaxınlığına düşüb."AzPolitika.info"