RU

Merih Dəmiralın heykəlinin açılışı oldu

Avro 2024-də "Bozqurd" salamı verən Dəmirəlin Türkiyədə heykəli açılıb.

Teleqraf.com xəbər verir ki, heykəlin açılışı Bolu şəhər Bələdiyyə Başçısı Tanju Özcan və şəhər əhalisinin iştirakı ilə olub.

Qeyd edək ki, Türkiyə millisinin oyunçusu Merih Dəmiral Avstriya ilə 1/8 final qarşılaşmasında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərib. UEFA Demiralın bu qol sevinci zamanı simvolu göstərdiyi üçün onu iki oyunluq cəzalandırmışdı.

Xatırladaq ki, 2:1 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatan oyunda hər iki qolun müəllifi Merih Dəmiral olub.


Müəllif: Əsəd Məmmədəliyev
Избранный
10
teleqraf.com

1Источники