RU

"Aygünün musiqi ilə bağlı bildiklərini professorlar bilmirdi"

"Aygün əvəzsiz bir sənətkar idi. Böyük bir itki oldu. Aygünün bildiyini mənəm-mənəm deyən musiqiçi və musiqi cəhətdən professor adını qazananlar belə bilmirdi. O, Azərbaycan musiqisinin arxivi idi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Günə bax" verilişində mərhum Əməkdar artist Aygün Bəylər haqda danışarkən deyib.

O, həmkarının vəfatından sonra günlərlə özünə gələ bilmədiyini bildirib:

"Onun səhhətində olan problemi bilirdim. Aygünü o cür görməmək üçün demədim ki, gəl birgə iş görək. Biz çox yaxın idik. Gedişi ilə bizi də öldürdü. Günlərlə özümə gələ bilmədim. Düşündükcə o qədər pis təsir edirdi ki, nəfəsim belə kəsilirdi. Allah rəhmət eləsin. Hamımız bu dünyadan gedəndə iki şey aparacağıq, lənət və rəhmət. Çalışdığımız qədər lənətdənsə, rəhməti aparaq".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
7
10
milli.az

10Источники