RU

ABŞ Yəməndə husilərin hədəflərinə zərbələr endirib

ABŞ Ordusu Yəməndə "Ənsar Allah" hərəkatından olan husi üsyançılarınin 15 hədəfinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri bu gün Sana vaxtı ilə saat 17:00 radələrində Yəmənin husilərin nəzarətində olan ərazisində onlarla əlaqəli 15 hədəfə zərbələr endirib. Hədəflər arasında hücum silahları da olub", - paylaşımda bildirilir.

Komandanlığın məlumatına görə, bu cür tədbirlər ABŞ, koalisiya və ticarət gəmiləri üçün naviqasiya azadlığını və beynəlxalq suların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

Избранный
38
far.az

1Источники