RU

Bakıxanov qəsəbəsinə gedən yolda vətəndaşlar təhlükə ilə üzləşirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Metronun "Neftçilər" stansiyasından Bakıxanov qəsəbəsinə gedən Rüstəm Rüstəmov küçəsində piyada zolağının silinməsi nəticəsində sakinlər ciddi təhlükə ilə üzləşdiklərini bildiriblər.
Sözügedən ərazidə, xüsusilə, məktəb və dövlət sosial-iqtisadi kolleci yerləşir. Bu isə o deməkdir ki, buradan, əsasən, məktəblilər, onların valideynləri və kollec tələbələri tez-tez istifadə edirlər. Elə özləri də bildiriblər ki, zolaq silindiyi üçün bir neçə dəfə qəza şəraiti yaranıb.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən qısa zamanda əraziyə baxış keçiriləcəyi və məsələnin həll ediləcəyi bildirilib.
Ətraflı "Xəzər xəbər"in süjetində:
Избранный
39
oxu.az

1Источники