Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib, o bildirib ki, əməliyyatlar nəticəsində Cəbrayıl düşmən tapdağından azad edildi:
“Artıq 4 ildir ki, Cəbrayıl şəhəri düşmən işğalından azad edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi həm düşmənə, həm də onun havadarlarına göstərdi ki, Azərbaycan ordusunun qarşısında heç nə tab gətirə bilməz. 44 gün ərzində böyük zəfər çalan ordumuz yalnız düşmənlərə yox, onun havadarlarına da və dünya hərb tarixində unikal savaş nümunəsi göstərərək böyük qələbəni qazana bildi. Bu gün biz dünyanın ən qürurlu xalqlarından biriyik. 21-ci əsrdə nadir hadisələrdən biri də donmuş münaqişənin həll edilməsidir. Bu gün ölkə başçımız cənab Prezident İlham Əliyev Cəbrayılda yerli sakinlərlə görüşündə də bunu söylədi. Azərbaycan yalnız erməniyə yox, ona xas olan qüvvələrə də qalib gəldi. Yalnız Cənubi Qafqazda yox, qlobal miqyasda yeni siyasi mənzərəni formalaşdıran ölkələrdən birinə çevrildi”.
Mehriban Mirzəzadə
Demokrat.az